Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət

AUTO.AZ saytında öz avtomobil salonunuzu açmaq istəyirsiniz?

Bu çox asandır! Ən əsası isə odur ki, indi sayt yaratmağa və onun internetdə tanınmasına pul xərcləmək lazım gəlməyəcək. Bütün bunların hamısını biz PULSUZ edəcəyik!
Virtual salon açmaqla siz avtomobil mərkəzinizlə bağlı xəbərləri dərc etdirmək, rahat elan yerləşdirmək, həmçinin lazım gəldikdə sonradan onun redaktəsini həyata keçirmək imkanı qazanırsınız.
Siz və sizin hazırki və potensial müştəriləriniz arasında heç bir maneə qalmayacaq.

Bizimlə əməkdaşlığın yeganə meyarı keyfiyyətdir.
Biz yalnız etibar edilə biləcək insanlarla işləyirik. Biz ən yaxşılarla işləyirik.

Sizin avtomobil salonunuzun imkanları

saytda Avtodilerlər bölməsində informasiya və loqotipin yerləşdirilməsi;
Azərbaycanın avtomobil xəritəsində şirkətin ünvanının və əlaqə nömrələrinin yerləşdirilməsi;
Bələdçidə avtosalon nəzdindəki Avtoservis haqqında informasiyanın yerləşdirilməsi;
xəbərlər lentində və AUTO.AZ-ın əsas səhifəsində PR-xəbərlərin dərci istehlakçıları aksiyalar və tədbirlər haqqında məlumatlandırmağa imkan verir;
saytda elanların rahat şəkildə yerləşdirilməsi: sizə avtosalon statusu verilir ki, bundan sonra özünüzün şəxsi səhifənizdə siz məlumatlar formasını doldurursunuz. Buna görə də siz hər dəfə elan verdikdə təkrar olaraq məlumatlar yazmağa ehtiyac olmayacaq. Sonra sizə avtomobilin markası və modelini seçmək, onun özəlliklərini göstərmək, fotoşəkilləri yükləmək qalır. Vəssalam, bundan sonra sizin elan saytda görünəcək!
internetdə asan yadda qalan və cəlbedici ünvan — avtosalonun adı.auto.az;
əgər siz rəsmi nümayəndəsinizsə, siz özünüzə brendin adı.auto.az ünvanını götürə bilərsiniz (məsələn, bmw.auto.az).

Avtosalonu qeydiyyatdan keçirmək

Bunun üçün saytda bir elan yerləşdirmək, sonra bizimlə əlaqə yaratmaq lazımdır.
Qalan işləri biz görəcəyik!

Yaxşıların yaxşısı olmağa tələsin!
Sizin haqqınızda hamı eşitməlidir!

AD